Rossi karyerasını başa vurdu

23-07-2023, 17:35           
Rossi karyerasını başa vurdu
“Mançester Yunayted”in və İtaliya yığmasının sabiq hücumçusu Cüzeppe Rossi karyerasını başa vurub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda o, sosial şəbəkə hesablarında məlumat yayıb.

Rossi 36 yaşında futbolla vidalaşdığını açıqlayıb. O, klub səviyyəsində “Mançester Yunayted”, “Parma”, “Vilyarreal”, “Nyukasl”, “Fiorentina”, “Selta”, “Levante”, “Cenoa”, “Real Solt Leyk” klublarında çıxış edib. Onun son klubu SPAL olub və sözügedən komandadan bu yay ayrılıb.

Rossi İtaliya millisinin heyətində 30 oyuna çıxıb və 7 qol vurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru