“Liverpul”, “Atletiko” və ərəb klubları Verratti uğrunda mübarizə aparırlar

24-07-2023, 08:40           
“Liverpul”, “Atletiko” və ərəb klubları Verratti uğrunda mübarizə aparırlar
“Liverpul”, “Atletiko Madrid” və bir neçə Səudiyyə klubu PSJ və İtaliya millisinin yarımmüdafiəçisi Marko Verratti üçün mübarizəyə başlayıblar.

Məlumata görə, ispanlar artıq Paris klubuna təklif göndəriblər.

PSJ isə öz növbəsində ən azı 70 milyon avro qarşılığında yarımmüdafiəçisi ilə ayrılmağa hazırdır.
Qeyd olunur ki, italiyalıya “Atletiko” və “Liverpul”dan başqa Səudiyyə Ərəbistanından da bir neçə komanda iddia edir. Lakin yarımmüdafiəçi Avropanı tərk etmək istəmir.

Mənbə: championat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru