Messinin ilk oyununu 12,5 milyon insan izlədi

25-07-2023, 12:33           
Messinin ilk oyununu 12,5 milyon insan izlədi
Lionel Messinin "İnter Mayami"də debüt oyunu Amerika televiziyasında rekorda imza atıb.

Yenisabah.az "TyC Sports"a istinadən yaydığı xəbərə görə, komandanın Liqa Kubokunda "Kruz Azul"a (2:1) qarşı oyununu 12,5 milyon insan izləyib. Bu, Amerika televiziyası tarixində ən çox baxılan futbol oyunudur.

Bu oyuna 2022-ci ildəki NBA finallarından daha çox tələbat olduğu qeyd edilir. "Boston" və "Qolden Steyt" oyunlarına orta hesabla 12,4 milyon tamaşaçı baxıb.

Qeyd edək ki, Messi “Kruz Azul”la oyunun (2:1) 54-cü dəqiqəsində ehtiyatdan meydana daxil olub və 90+4-cü dəqiqədə cərimə zərbəsində qələbə qolunu vurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru