Azərbaycan millisi Avropa çempionatında gümüş medal qazandı - FOTOLAR 28-07-2023, 11:34 Kosovonun paytaxtı Priştinada 16 yaşadək oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı C Divizionunun final oyunu baş tutub.Həlledici qarşılaşmada Azərbaycan yığması Kiprlə üz-üzə gəlib.Görüş rəqibin 78:75 hesablı qələbəsi ilə başa çatıb.Beləliklə, Azərbaycan yığması Avropa çempionatının C Divizionunu ikinci sırada tamamlayaraq gümüş medalçı olub. Facebook-da paylaş