"Jelezniçar" Bakıya ciddi itkilərlə gələcək

29-07-2023, 11:32           
"Jelezniçar" Bakıya ciddi itkilərlə gələcək
Bosniya və Herseqovinanın "Jelezniçar" komandasının futbolçusu Amar Drina Bakıda "Neftçi"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının cavab oyununu buraxacaq.

"Report"un məlumatına görə, buna 21 yaşlı müdafiəçinin evdə "ağ-qaralar"la 2:2 hesablı heç-heçə etdikləri ilk qarşılaşmada sarı vərəqə görməsi səbəb olub. Bu mövsüm avrokuboklarda 3-cü dəfə rəsmi xəbərdarlıq alan gənc oyunçu cəzalı duruma düşüb.

Sarayevo təmsilçisinin heyətində başqa itkilər də var. Edin Kokaliç, Edin Rustemoviç və Semir Ştiliç ilk matçda iştirak etməyiblər. İrfan Yaşareviç və Cozef Amoa isə "Neftçi" ilə qarşılaşmada zədələnərək meydanı tərk ediblər.

Qeyd edək ki, avqustun 3-də 8-ci km stadionunda oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru