Qvardiola əlcəzairli oyunçunun İngiltərə klubunda qalmasını istəyib-istəmədiyini soruşduqda belə cavab verib: “Əlbəttə. Bir məşqçi kimi onunla işləmək mənə çox xoş idi. Onunla xüsusi münasibətim var idi.
Səudiyyə Ərəbistanı transfer bazarını dəyişdi. Bir neçə ay əvvəl ora tək Kriştiano Ronaldo gedəndə heç kimin ağlına belə gəlməzdi ki, Səudiyyə Ərəbistanı liqasında bu qədər yüksək səviyyəli futbolçular çıxış edəcək.”
Qeyd edək ki, Ronaldo ötən ilin dekabrında Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna transfer olunub.