“Neftçi” MLS-də ilin ən yaxşı yeni oyunçusu ilə danışıqlar aparır

30-07-2023, 00:14           
“Neftçi” MLS-də ilin ən yaxşı yeni oyunçusu ilə danışıqlar aparır
Bakının “Neftçi” futbol klubu ABŞ-də Böyük Futbol Liqasında (MLS) təmsil olunan “Şarlott” klubunda çıxış edən braziliyalı hücumçu Andre Bava Şinyaşiki heyətinə qatmağa hazırlaşır.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Braziliyadan əlavə Yaponiyanın pasportuna sahib olan Şinyaşiki artıq “ağ-qaralar”ın düşərgəsinə qoşulmaq üçün ilkin razılığını verib.

Qeyd edək ki, 26 yaşlı hücumçu Braziliyanın San-Paulu şəhərində anadan olub. Şinyaşikinin valideyinlərindən biri yapondur.

O, 18 yaşında Denver Universitetində təhsil almaq üçün ABŞ-yə köçüb və burada peşəkar futbolla məşğul olmağa başlayıb. Futbolçunun ilk peşəkar klubu “Kolorado Repidz” olub.

2022-ci ildə braziliyalı “Şarlott” klubuna transfer olub.

Futbolçu “Şarlott”un heyətində debüt matçında Devid Bekhemin sahibi olduğu “İnter Mayami” komandasına qol vuraraq adından söz etdirə bilib.

Beləliklə, braziliyalı Matheus Saldanya “ağ-qaralar”ın düşərgəsindən Belqradın “Partizan”ına yollandıqdan sonra belə bir futbolçunun gəlişi “Neftçi”nin hücum xəttini gücləndirəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru