"Mançester Yunayted" 70 milyon avroya hücumçu alır

30-07-2023, 10:54           
"Mançester Yunayted" 70 milyon avroya hücumçu alır
"Mançester Yunayted" hücumçu Rasmus Hoylundun transferi üçün "Atalanta" ilə razılığa gəlib.

Qol.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano özünün "Tvitter" hesabında yazıb. Təzminat qiyməti təxminən 70 milyon avro təşkil edəcək, əlavə bonuslar da nəzərə alınmaqla, klublar növbəti gün sənədləri hazırlayacaq. 20 yaşlı futbolçu uzun müddətdir ki, "Mançester Yunayted"lə 5 illik müqaviləyə razılaşıb.

Daha əvvəl danimarkalı oyunçunun İngiltərə klubunda illik 5 milyon avro alacağı bildirilirdi.

Hoylund 2022-ci ilin avqustundan "Atalanta"da çıxış edir. 2022/23 mövsümündə hücumçu bütün yarışlarda 34 matçda 10 qol vurub və 4 qolun ötürməsini verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru