Xames Rodriqes karyerasını Braziliyada davam etdirəcək

30-07-2023, 13:04           
Xames Rodriqes karyerasını Braziliyada davam etdirəcək
Kolumbiyalı yarımmüdafiəçi Xames Rodriqes karyerasını Braziliyanın “San-Paulu” klubunda davam etdirəcək.

Bu barədə jurnalist Fabrizio Romano özünün sosial şəbəkə hesabında məlumat yayıb.

O qeyd edib ki, 32 yaşlı futbolçu 2025-ci ilin iyun ayına qədər “San-Paulu”nun uğurları üçün çalışacaq.
Məlumat üçün əlavə edək ki, Xames Rodriqes bu günə qədər “Portu”, “Real”(Madrid), “Bavariya”(Münhen), “Everton”, “Olimpiakos” kimi klubların formasını geyinib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru