DÇ-də hicabda oynayan ilk futbolçu...

31-07-2023, 00:08           
DÇ-də hicabda oynayan ilk futbolçu...
Mərakeş millisinin müdafiəçisi Nuhayla Benzina dünya çempionatında hicablı halda oynayan ilk futbolçu olub.

O, turnirdə debütünü Cənubi Koreya ilə ikinci tur matçında edib.

Mərakeş millisi dünya çempionatlarında komandanın tarixindəki ilk qələbəni qazanıb.

Benzina görüşün əsas oyunçularından birinə çevrilib. Müdafiəçi bütün matçı oynayıb, görüşün sonunda hücumu pozduğu üçün sarı vərəqə alıb.

Qeyd edək ki, Mərakeş DÇ-2023-də H qrupunda üçüncüdür. Növbəti turda mərakeşlilər avqustun 3-də Kolumbiya ilə qarşılaşacaqlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru