Reper Jay-Z “Tottenhem”in sahibi ola bilər

31-07-2023, 07:49           
Reper Jay-Z “Tottenhem”in sahibi ola bilər
“Tottenhem” sahibini dəyişə bilər.

Məlumata görə, amerikalı reper Jay-Z investorlar qrupuna rəhbərlik etməyə və klubu almağa hazırdır. Digər investorların dəstəyi ilə o, 2 milyard funt sterlinqdən çox pul ödəmək fikrindədir.

Bildirilir ki, “Tottenhem Hotspur”un hazırki sahibi Co Lyuis fırıldaqçılıq və insayder ticarəti iddiaları fonunda klubu satmaq ərəfəsindədir. Onu uzunmüddətli həbs cəzası gözləyir.

Qeyd olunur ki, 86 yaşlı Lyuis “Tavistock Group” investisiya firmasının təsisçisidir və onun sərvəti 6,55 milyard dollardır. Britaniyalı milyarder 2001-ci ildən futbol komoandasının əksər səhmlərinə sahibdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru