Ərəblər Ronaldonu dəli ediblər: Onu sadəcə öldürürlər - VİDEO

31-07-2023, 14:56           
Ərəblər Ronaldonu dəli ediblər: Onu sadəcə öldürürlər - VİDEO
Kriştiano Ronaldo və onun "Əl-Nəsr"i üçün bu həftəni uğurlu adlandırmaq olmaz. Komanda Ərəb Çempionlar Kubokuna "Əl-Şəbab"la qolsuz heç-heçə ilə başlayıb və yoldaşlıq görüşlərində məğlub olub.

Hər şey o qədər pis gedir ki, portuqaliyalı superulduzun əsəbləri açıq-aşkar pozulub. Matç bitdikdən sonra necə davranması hər şeyi açıq şəkildə göstətrir. Operator Ronaldonun ehtiyat oyunçular skamyasına tərəf getməsini lentə alıb. Kriş o qədər gərgin olub ki, üzərinə su tökmək qərarına gəlib.



Azarkeşlər 38 yaşlı hücumçunun gərginləşməsinə səbəb kimi yerli komanda yoldaşlarını göstərirlər. Hələ mart ayından bu barədə paylaşımlar edilir. Həmin vaxt "Abha" ilə oyunda Ronaldo rəqib cərimə meydançasında ötürmə gözlədiyi vaxt komanda yoldaşı Abdulmajid Al-Sulaihim çox fərqli və uğursuz qərar verdi. Onun zərbəsi çox yüksəkdən uçdu. Portuqaliyalının topun tribunalara getdiyi zamankı reaksiyası isə çox şeyi ifadə edir.



Bəzi pərəstişkarları yenə də portuqaliyalı forvardı müzakirə etməyə başlayıblar. Onlar hesab edirlər ki, Kriştianonun "Əl-Nəsr"dəki komanda yoldaşlaırnın səviyyəsi çox aşağıdır:

- Bu adamlar onu dəli edirlər. Ronaldo buna nə qədər dözməlidir?!

- İndi başa düşdüm ki, mövsümöncəsi oyunlarda niyə çox uduzublar.

- Mən inana bilmirəm ki, Ronaldo hər həftə belə insanlarla oynamaq məcburiyyətindədir.

- Onu sadəcə öldürürlər, futbol oynamırlar.
publika.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.