Şəhriyar Məmmədyarov bir pillə irəliləyib

31-07-2023, 19:23           
Şəhriyar Məmmədyarov bir pillə irəliləyib
Beynəlxalq Şahmat Federasiyası (FIDE) iyul ayı üçün reytinq cədvəlini açıqlayıb.

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov (2 747 xal) ötən ayla müqayisədə 1 pillə irəliləyərək, 13-cü sırada qərarlaşıb.

Maraqlıdır ki, ölkənin digər tanınmış qrossmeysteri Teymur Rəcəbov ümumiyyətlə reytinqdə yer almayıb. Onun hansı səbəbdən siyahıdan çıxarılması bəlli deyil.

Qədir Hüseynov isə (2 661) 8 pilləlik sıçrayışla əvvəlki mövqeyinə 75-ci sıraya qalxıb. Nicat Abbasov isə yenidən ilk "100-lüy"ə qayıdıb. 2 646 olan şahmatçı 97-ci pilləni tutur.

Siyahıya yenə də norveçli Maqnus Karlsen (2 853) başçılıq edir. 2 və 3-cü pillələrdə isə ABŞ təmsilçiləri Hikaru Nakamura (2 787) və Fabiano Karuana (2 782) qərarlaşıblar.

Qadın şahmatçılardan Günay Məmmədzadə (2 448) 27-ci, Ülviyyə Fətəliyeva (2 381) 65-ci, Xanım Balacayeva (2 368) 80-ci, Gövhər Beydullayeva isə (2 355) 90-cı sırada yer alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru