“Qarabağ”ın sabiq qapıçısı Səudiyyə Ərəbistanı klubuna keçib

1-08-2023, 08:27           
“Qarabağ”ın sabiq qapıçısı Səudiyyə Ərəbistanı klubuna keçib
Türkiyə “Konyaspor”unun qapıçısı İbrahim Şehiç karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Klubun rəsmi saytında verilən məlumata görə, Bosniya və Herseqovinadan olan qolkiper bu ölkənin “Əl-Halic” komandasına keçib.

35 yaşlı oyunçu tezliklə Seyhət şəhərinin təmsilçisi ilə rəsmi müqavilə imzalayacaq.
Qeyd edək ki, İbrahim Şehiç 2015 - 2018-ci illərdə “Qarabağ”ın formasını geyinib. O, “Konyaspor”da 2020-ci ilin yayından çıxış edirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru