Azərbaycan klubu “Tottenhem” və “Volfsburq”un sabiq futbolçusunu transfer etdi

1-08-2023, 14:14           
Azərbaycan klubu “Tottenhem” və “Volfsburq”un sabiq futbolçusunu transfer etdi
Azərbaycan Premyer Liqasına hazırlığını davam etdirən “Araz-Naxçıvan” heyətinə yeni futbolçu cəlb edib.

Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, mərakeşəsilli belçikalı İsmail Azzaoui ilə müqavilə imzalanıb. Sözləşmənin müddəti bir ildir.

25 yaşlı yarımmüdafiəçi müxtəlif illərdə RSCA-nın U-18 (Belçika), “Tottenhem”in U-18 və U-21 (İngiltərə), “Volfsburq” (Almaniya), “Villem II” (Niderland) və “Herakles” (Niderland) klublarında çıxış edib. O, son olaraq formasını geyindiyi “Herakles”də ötən mövsüm 20 oyun keçirib, üç qol və üç məhsuldar ötürmə edib.oxu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru