Buffon futbolla vidalaşdı: “Hər şey üçün təşəkkürlər”

2-08-2023, 10:46           
Buffon futbolla vidalaşdı: “Hər şey üçün təşəkkürlər”
İtaliya futbolunun əfsanəvi qapıçısı, hazırda “Parma” forması geyinən Canluici Buffon 45 yaşında futbolla vidalaşdığını açıqlayıb.

Sosial media hesabı ilə futbolla vidalaşdığını açıqlayan Buffon “Hər şey üçün təşəkkürlər”, -yazaraq paylaşıb.

Karyerasına məhz “Parma”da başlayan və daha sonra 17 il “Yuventus”da çıxış edən qapıçı 2018-ci ilin yayında PSJ-yə keçib və növbəti mövsümdə “Yuventus”a qayıdıb. O, 2021-ci ilin yayında futbola başladığı “Parma”ya geri dönüb.
Buffon karyerası ərzində üç komandanın heyətində klub səviyyəsində 975 rəsmi oyuna çıxıb. O, 176 dəfə İtaliya millisinin formasını geyinib.

Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru