“Neftçi” “Qarabağ”ı zirvədən salıb Azərbaycanın ən dəyərli komandası oldu - FOTO

2-08-2023, 11:28           
“Neftçi” “Qarabağ”ı zirvədən salıb Azərbaycanın ən dəyərli komandası oldu - FOTO
“Neftçi” Azərbaycan Premyer Liqasında heyətinə görə ən dəyərli klub olub.

Oxu.Az xəbər verir ki, məşhur “Transfermarkt” portalında “ağ-qaralar”ın dəyəri 14,8 milyon avroya yüksəlib. Bu, klubun ötən gün ABŞ təmsilçisi “Şarlott”dan üç milyon avro dəyəri olan Andre Şinyaşikini transfer etməsi ilə reallaşıb.

Beləliklə, “Neftçi” 12,9 milyon avro dəyəri olan “Qarabağ”ı geridə qoyaraq zirvəni ələ keçirib.

Qeyd edək ki, “ağ-qaralar” bu yay Emil Balayev (250 min avro), Ervin Koffi (900 min avro), Yuri Matias (1,8 milyon avro), Mark Tamaş (550 min avro), Qara Qarayev (700 min avro) və Andre Şinyaşikini (üç milyon avro) heyətlərinə qatıblar.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru