“Qarabağ” məğlub olur - Yenilənir

2-08-2023, 21:37           
“Qarabağ” məğlub olur - Yenilənir
“Qarabağ” bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununa çıxacaq. “Qafqazinfo” xəbər verir ki, Ağdam təmsilçisi evdə Polşa “Rakuv”u ilə qarşılaşacaq.

Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq. Oyunu Sven Yablonskinin rəhbərlik etdiyi alman hakimlər briqadası idarə edəcək.

Bu komandalar arasında ilk matç Polşa klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunu

2 avqust

20:00. "Qarabağ" (Azərbaycan) - "Rakuv" (Polşa)
Bakı Olimpiya Stadionu. Baş hakim: Sven Yablonski (Almaniya)
İlk oyun - 2:3

***

Komandaların start heyətləri açıqlanıb:

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev (k), 27. Toral Bayramov, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 11. Adama Diakabi, 17. Hamidu Keyta, 18. Juninyo, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə

“Rakov”: 1 Vladan Kovaçeviç, 4. Stratos Svarnas, 24. Zoran Arseniç (k), 25. Boqdan Rakovitsan, 7. Fran Tüdor, 20. Cin Karlos, 5. Qustav Berqqren, 66. Papanikolau, 11. Con Yeboa, 9. Zvaolinski, 77.Çebulya

Ehtiyat oyunçular: 89. Katsper Beşad, 6. Şimon Çij, 8. Ben Lederman, 14. Srcan Plavşiç, 17. Mateuş Vdovyak, 22. Deyan Soresku, 27. Bartoş Novak, 30. Viladislav Köçergin, 93. Sonni Kittel, 99. Fabian Pyasetski

***

Matç başladı.

***

İlk hissə qolsuz başa çatdı.

***

İkinci hissə başladı.

***

52-ci dəqiqədə qonaqlar hesabı açır. F.Tudor fərqlənir - 0:1.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru