Mahir qol vurdu, komandası qalib gəldi

3-08-2023, 08:03           
Mahir qol vurdu, komandası qalib gəldi
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununa çıxıb.

Bakupost.az xəbər verir ki, komanda "Astana"nın (Qazaxıstan) qonağı olub. Görüş Zaqreb təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Mahir meydana start heyətdə daxil olub. O, 24-cü dəqiqədə fərqlənib. Emreli 78-ci dəqiqədə Yosip Drmiçlə əvəzlənib.

Qeyd edək ki, Zaqreb təmsilçisi ilk görüşdə rəqibini darmadağın edib - 4:0. "Dinamo" növbəti mərhələdə Yunanıstan AEK-i ilə üz-üzə gələcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru