“Mançester Siti” futbol tarixinin ən bahalı müdafiəçi transferini reallaşdırdı

3-08-2023, 13:34           
“Mançester Siti” futbol tarixinin ən bahalı müdafiəçi transferini reallaşdırdı
İngiltərənin “Mançester Siti” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

“Şəhərlilər” Almaniya “Leypziq”inin müdafiəçisi Yoşko Qvardiolu transfer edib. “Mançester Siti” 21 yaşlı futbolçu üçün qarşı tərəfə 90 milyon avro ödəyəcək. Bununla da xorvatiyalı oyunçu tarixin ən bahalı mərkəz müdafiəçisi olacaq. Keçid tezliklə açıqlanacaq.

Qeyd edək ki, Yoşko Qvardiol “Leypziq”ə 2021-ci ildə 18 milyon avro müqabilində Xorvatiyanın “Dinamo” (Zaqreb) klubundan keçib.
Xatırladaq ki, hazırda ən bahalı müdafiəçi 2019-cu ildə “Lester”dən 87 milyon avroya “Mançester Yunayted”ə keçən Hari Maquayrdır.

Mənbə: Bild












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru