Konfrans Liqası: Azərbaycan təmsilçiləri bu gün cavab oyunlarını keçirəcəklər - AFİŞA

3-08-2023, 08:42           
Konfrans Liqası: Azərbaycan təmsilçiləri bu gün cavab oyunlarını keçirəcəklər - AFİŞA
Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edən komandalar bu gün II təsnifat mərhələsində cavab oyunlarını keçirəcəklər.

Oxu.Az-ın məlumatına görə, əvvəlcə meydana “Sabah” klubu çıxacaq. Murad Musayevin baş məşqçi olduğu kollektiv “Bank Respublika Arena”da Latviyanın RFŞ komandasını qəbul edəcək. Görüş saat 20:00-da başlayacaq. İlk qarşılaşmada Bakı təmsilçisi rəqibini 2:0 hesabı ilə məğlub edib.

“Neftçi” və “Qəbələ”nin oyunları isə eyni saatda - 21:00-da start götürəcək. “Ağ-qaralar” Bosniya və Herseqovinada 2:2 hesablı heç-heçə etdiyi “Jelezniçar”la bu dəfə 8-ci km stadionunda üz-üzə gələcək.

“Qırmızı-qaralar” isə Kiprdə “Omoniya”nın qonağı olacaq. Qəbələdəki matçda eyniadlı komanda rəqibinə uduzub - 2:3.

UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunları
3 avqust
20:00. “Sabah” (Azərbaycan) - RFŞ (Latviya)
Baş hakim: Fedayi San (İsveçrə)
İlk oyun - 2:0
“Bank Respublika Arena”

21:00. “Neftçi” (Azərbaycan) - “Jelezniçar” (Bosniya və Herseqovina)
Baş hakim: Balaş Berke (Macarıstan)
İlk oyun - 2:2
8-ci km stadionu

21:00. “Omoniya” (Kipr) - “Qəbələ” (Azərbaycan)
Baş hakim: Adam Ladebek (İsveç)
İlk oyun - 3:2
Nikosiya, “GSP Arena”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru