Messinin qarşısını ala bilmirlər, yenə dubl etdi - VİDEO

3-08-2023, 14:24           
Messinin qarşısını ala bilmirlər, yenə dubl etdi - VİDEO
“İnter Mayami” Liqa Kubokunun 1/16 final mərhələsində “Orlando Siti” ilə qarşılaşıb.

Publika.az xəbər verir ki, komandalar "İnter Mayami"nin Fort Lauderdeyldəki stadionunda qarşılaşıblar. “İnter Mayami” rəqibini 3:1 hesabı ilə məğlub edib.

Lionel Messi bu qarşılaşmada da fərqlənib. O, dubl edib. Leo 7-ci dəqiqədə hesabı açıb, 71-ci dəqiqədə isə dublunu rəsmiləşdirib.

Liqa Kubokunda ABŞ və Meksika komandaları oynayır. Qrup mərhələsində "İnter Mayami" iki qələbə qazanmışdı. Komanda 1-ci turda Meksika “Kruz Asul”unu 2:1, 2-ci turda “Atlanta Yunayted”i 4:0 məğlub etmişdi.

Messi ilk oyunda 1 qol vurmuş, ikinci qarşılaşmada isə dubl etmişdi.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru