"Neftçi" milyonluq futbolçuyla anlaşa bilmədi, "Sabah" isə...

3-08-2023, 16:54           
"Neftçi" milyonluq futbolçuyla anlaşa bilmədi, "Sabah" isə...
“Neftçi” Meksikanın “Krus Asul” klubunun futbolçusu Auqusto Lotti ilə anlaşa bilməyib.

Publika.az xəbər verir ki, argentinalı hücumçu ilə Azərbaycan təmsilçisi arasında danışıq aparılsa da, tərəflər ortaq məxrəcə gələ bilməyiblər. Lottiyə ölkəsinin başqa klubundan da maraq olduğu bildirilir.

Meksika KİV-ləri "Sabah"ın da futbolçunu heyətə qatmağa çalışdığını iddia edirlər. Paytaxt təmsilçisinin hazırda “Krus Asul”la danışıqlar apardığı bildirilir.

Qeyd edək ki, 1,5 milyon avro transfer dəyəri olan Auqusto Lottinin “Krus Asul”la müqaviləsinin müddəti 2026-cı ilin sonuna qədərdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru