Konfrans Liqası: "Neftçi"nin növbəti mərhələdəki rəqibi dəqiqləşib

4-08-2023, 08:08           
Konfrans Liqası:
"Neftçi"nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi dəqiqləşib.

"Ağ-qaralar" növbəti raundda Türkiyə "Beşiktaş"ı ilə üz-üzə gələcək.

İstanbul təmsilçisi II təsnifat mərhələsinin cavab oyununda Albaniyada "Tirana"ya 2 cavabsız qolla qalib gəlib. İlk matçda da rəqibini məğlub edən (3:1) "qara qartallar" iki matçın nəticəsinə əsasən mərhələ adlayıblar.

Qeyd edək ki, III raundun qarşılaşmaları 10-17 avqustda olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru