Həbib Nurməhəmmədov Maskı Zukerberqə qarşı hazırlaşdırmaqdan imtina edib

4-08-2023, 12:36           
Həbib Nurməhəmmədov Maskı Zukerberqə qarşı hazırlaşdırmaqdan imtina edib
Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə keçmiş çempionu rusiyalı Həbib Nurməhəmmədov “Twitter”ın sahibi, milyarder İlon Maskı məşq etdirməkdən imtina edib.

Mənbə iddia edir ki, İlon Mask Rusiyalı döyüşçüyə müraciət edib və onu “Meta” rəhbəri Mark Zukerberqə qarşı döyüşə hazırlaşdırmağını istəyib. Lakin rusiyalı bu təklifdən imtina edib.

Qeyd edək ki, “Meta”nın rəhbəri Mark Zukerberqlə “Twitter”ın sahibi İlon Mask “qəfəs döyüşü”ndə vuruşmaq barədə razılığa gəliblər. Artıq dünyanın ən məşhur texnologiya milyarderləri bunun üçün fərdi məşqlərə də başlayıblar. Lakin tərəflər hələlik görüşün tarixini və yerini müəyyənləşdirməyiblər.
Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru