“Barselona” Kessyeni “Əl-Əhli”yə bu qiymətə satır – Tərəflər razılığa gəldi
4-08-2023, 17:23
“Barselona”nın yarımmüdafiəçisi Frank Kessye karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Fanat.az xəbər verir ki, məlumatı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, Kessyenin xidmətində maraqlı olan “Əl-Əhli” artıq Kataloniya klubu ilə razılığa gəlib. Mənbə İspaniya nəhənginin Frankı 15 milyon avroya satacağını və futbolçunun yeni klubu ilə 3 illik müqavilə bağlayacağını vurğulayıb.
26 yaşlı Kessye ötən ilin yayında “Milan”dan azad agent qismində ayrılaraq “Barselona”ya qoşulub. Geridə qalan mövsümdə “blauqrana”nın heyətində bütün turnirlərdə 43 matça çıxan orta xətt oyunçusu 3 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.