UEFA "Neftçi"nin "Beşiktaş"la ilk matçının yerini dəyişib
5-08-2023, 08:24

UEFA "Neftçi"nin Konfrans Liqasındakı üçüncü təsnifat mərhələsində "Beşiktaş"la ilk matçının yerini dəyişib.
Azərbaycan təmsilçisi avqustun 10-da ilk oyunu səfərdə keçirəcəkdi. Amma həmin gün İstanbulda "Fənərbaxça"nın da Konfrans Liqasında "Maribor"la (Sloveniya) oyunu var. Mövcud qaydalara əsasən, bir şəhərin iki komandasının matçları eyni turnirdə eyni günə düşsə, oyunların məkanlarında yerdəyişmə ola bilər.
Beləliklə, UEFA "Neftçi"nin səfər matçının yerini dəyişib. "Ağ-qaralar" ilk oyununu səfərdə yox, evdə keçirməli olacaq. Bu isə o deməkdir ki, təkcə Konfrans Liqasında Bakının iki komandası eyni gündə ev oyununu Azərbaycan paytaxtında keçirəcək. Hər iki matç avqustun 10-na nəzərdə tutulub.
Maraqlıdır ki, həmin gün Avropa Liqasındakı təmsilçimiz "Qarabağ"ın da ev oyunu Bakıda olacaq. Ağdam klubu yarışın üçüncü təsnifat mərhələsi çərçivəsində Finlandiyanın HİK komandasını Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək.
Beləliklə, avqustun 10-da Avropa kuboklarındakı üç təmsilçimizin hər biri ev oyunu Bakıda keçirməlidir. Artıq UEFA oyunların yerini və vaxtını təsdiq edib. "Qarabağ"la "Sabah"ın matçı saat avqustun 10-u saat 20:00-da, "Neftçi"nin matçı isə saat 21:00-da başlanacaq.