Sponsor “İnter Mayami”yə sərmayəni bu qədər artırdı – Messiyə görə

5-08-2023, 09:03           
Sponsor “İnter Mayami”yə sərmayəni bu qədər artırdı – Messiyə görə
Amerika şirkəti “Ares” argentinalı Lionel Messinin gəlişindən sonra “İnter Mayami”yə əlavə 75 milyon dollar sərmayə qoyur.

Fanat.az xəbər verir ki, informasiyanı “Bloomberg” yayıb.

Xəbərə görə, bu pullar tikilməkdə olan stadionun inkişafına və klubun fəaliyyətinin digər sahələrinə gedəcək. “Ares” 2021-ci ildən bəri “İnter Mayami”yə 225 milyon dollar sərmayə qoyub.

Messinin transferindən sonra “İnter Mayami” ardıcıl üç qələbə qazanıb, “Barselona” və PSJ-nin keçmiş futbolçusu isə bu görüşlərdə 5 qol vurub.

“Ares” həmçinin, “Atletiko Madrid”, “Krystal Palas” və “Olimpik Lyon”a da sərmayə qoyur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru