Messidən avtoqraf alan süpürgəçini işdən qovdular

5-08-2023, 15:24           
Messidən avtoqraf alan süpürgəçini işdən qovdular
Təmizlik şirkətində çalışan süpürgəçi Kristian Salamanka Lionel Messidən avtoqraf aldıqdan sonra işdən necə qovulduğu haqda danışıb.

Publika.az xəbər verir ki, Kristian bu addımına görə peşman olmadığını bildirib.

“Avtobusların olduğu sektorda tualetləri təmizləməli oldum. Xoşbəxtlikdən avtobus dayananda və bütün oyunçular düşəndə ​​mən orada idim. Sonuncu Messi idi. Ona “hey, dünya çempionu!” deyə qışqırmaq kifayət etdi və dönüb baxdı.

Yanımda Argentina yığmasının forması və marker vardı. Mənə avtoqrafını verdi. Bundan sonra təhlükəsizlik xidmətinin əməkdaşları dərhal gəldi, məni oradan çıxardılar və işimdən qovuldum. Amma bu anın hər saniyəsi buna dəyərdi”, - Salamanka “The Nation”a verdiyi müsahibədə deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru