Karyerasını əsas səhvini açıqladı

5-08-2023, 17:34           
Karyerasını əsas səhvini açıqladı
Hücumçu Dieqo Kosta karyerasındakı əsas səhvlərlə bağlı sualı cavablandırıb.

Publika.az xəbər verir ki, Kosta karyerası ərzində xeyli səhvlər etdiyini bildirib.

“Karyeramda çoxlu səhvlər olub, amma həmişə mənim günahım ucbatından olmayıb. Məsələn, Antonio Konte ilə münaqişəyə görə "Çelsi"ni tərk etmək. Başqa bir səhv “Atletiko”dan ayrılmaqdır.

Həmin vaxt şəxsi həyatımda çətin anlar yaşadım, amma Dieqo Simeone məni başa düşmədi”, - deyə “Relevo” Kostadan sitat gətirib.

Kostanın son klubu İngiltərə "Vulverhempton"u olub. Futbolçunun komanda ilə müqaviləsi bu ilin iyununda başa çatıb. “Transfermarkt” internet portalına görə onun transfer qiyməti 2 milyon avrodur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru