70-dən çox qadın şahmatçı birgə petisiya imzalayıb

6-08-2023, 13:34           
70-dən çox qadın şahmatçı birgə petisiya imzalayıb
Dünyanın müxtəlif ölkələrindən 70-dən çox qadın şahmatçı bu idman növündə cinsi ayrı-seçkiliyə qarşı petisiya imzalayıblar.

“MeToo” hərəkatı üzvlərinin birgə müraciətində deyilir:

“Biz, qadın şahmatçılar, qadın məşqçilər, qadın hakimlər və qadın menecerlər kişi şahmatçılar, məşqçilər, hakimlər və menecerlər tərəfindən cinsi ayrı-seçkiliyə, müvafiq davranışlara, hətta cinsi istismara məruz qalmışıq. Biz əminik ki, qadınların və gənc qızların, xüsusən də yeniyetmə yaşlarında olan idmançıların şahmatdan üz döndərməsinin əsas səbəblərindən biri məhz bu təcavüz və cinsiyyətçi davranışdır”.

Məlumata görə, ilkin olaraq petisiya ideyası ilə Fransadan olan 14 şahmatçı çıxış edib. Daha sonra müxtəlif ölkələrin idmançıları onların təşəbbüsünə qoşulublar.
Qeyd edək ki, şahmat idman növündə qadınlar hələ də azlıqdadır. Belə ki, 1300 tanınmış qrosmeyster arasında yalnız 39 qadın var.

Mənbə: BBC












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru