37 yaşlı Halkdan “öldürücü” zərbə - 40 metrdən qol (VİDEO)

8-08-2023, 10:14           
37 yaşlı Halkdan “öldürücü” zərbə - 40 metrdən qol (VİDEO)
Məşhur braziliyalı ulduz Halk yenidən "öldürücü” zərbəsi ilə gündəmə gəlib.

Hazırda "Atletiko Mineyro”nun formasını geyinən 37 yaşlı hücumçu 40 metr məsafədən vurduğu qolla azarkeşləri ayağa qaldırıb. Hələ də var gücü ilə sol ayağından istifadə edən veteran hücumçu meydanın mərkəzindən vurduğu qollarla azarkeşləri heyrətləndirməkdə davam edir.

Təcrübəli ulduz Braziliya A Seriyasında "Sao Paulo"ya qarşı matçda təxminən 40 metr məsafədən vurduğu qolla komandasını irəli çıxarıb. Dördüncü dəqiqədə Halkın hesabı açdığı matçda "Atletiko Mineyro” 2-0 hesabı ilə qələbə qazanıb.

Çində keçirdiyi beş mövsümdən sonra Braziliyaya qayıdan hücumçu 2021-ci ildən "Atletiko Mineyro”nun formasını geyinir. O, son iki mövsümdə komandasının heyətində 65 qol vurub. Bu il isə qollarının sayı artıq 20-ni ötüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru