“Bayern” altı qol vurulan oyundan qələbə ilə ayrıldı - VİDEO

8-08-2023, 08:10           
“Bayern” altı qol vurulan oyundan qələbə ilə ayrıldı - VİDEO
“Bayern” yoldaşlıq oyununda Fransa təmsilçisi “Monako”ya qalib gəlib.

Oxu.Az xəbər verir ki, qarşılaşma almanların 4:2 üstünlüyü ilə başa çatıb.

Oyunda hesabı 29-cu dəqiqədə T.Minamino açıb. İki dəqiqə sonra K.Laymer oyunda tarazlığı bərpa edib. 42-ci dəqiqədə J.Musiala almanları hesabda önə çıxarıb. Qarşılaşmanın ilk hissəsinə əlavə olunmuş ikinci dəqiqədə S.Qnabri hesabı 3:1-ə çatdırıb.
İkinci hissədə (64-cü dəqiqə) bu dəfə fransızlar penaltidən fərqləniblər. B.Yedder hesab arasındakı fərqi azaldıb. Qarşılaşmanın yekun hesabını L.Sane 68-ci dəqiqədə vurduğu qolla təyin edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru