Neymar PSJ-yə yayda klubu tərk etmək istədiyini bildirib

8-08-2023, 10:48           
Neymar PSJ-yə yayda klubu tərk etmək istədiyini bildirib
PSJ-nin braziliyalı hücumçusu Neymar kluba bu yay Parisdən ayrılmaq istədiyini bildirib.

Daha əvvəl yayılan xəbərlərə görə, Paris klubunun rəhbərliyi “Barselona”ya Neymarı cari mövsüm üçün icarəyə götürməyi təklif edib. PSJ bu təklifi cinah hücumçusu Osman Dembelenin transferi üçün müqavilənin bir hissəsi kimi nəzərdən keçirir.

Xatırladaq ki, 31 yaşlı Neymar 2013-2017-ci illərdə “Barselona”da çıxış edib. Onun PSJ-yə keçidi futbol tarixinin ən bahalı transferi olaraq qalır. Paris klubu braziliyalı hücumçu üçün 222 milyon avro ödəyib. Neymarın PSJ ilə müqaviləsi 2025-ci ilin iyun ayına qədərdir.
2022/2023 mövsümündə Neymar PSJ-nin heyətində bütün yarışlarda 29 oyun keçirib, 18 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: championat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru