"Çelsi" ofşor şirkətlərə gizli ödənişlər etdiyi üçün cəzalana bilər

9-08-2023, 08:48           
"Çelsi" ofşor şirkətlərə gizli ödənişlər etdiyi üçün cəzalana bilər
İngiltərənin "Çelsi" klubuna sanksiya tətbiq edilə bilər.

"The Times" xəbər verir ki, buna səbəb London təmsilçisinin Roman Abramoviçin prezidentliyi dönəmində ofşor şirkətlərə gizli ödənişlər etməsidir.

İddiaya görə, "zadəganlar"ın ABŞ-dan olan yeni sahibləri rusiyalı iş adamı ilə bağlı Premyer Liqaya, İngiltərə Futbol Assosiasiyasına və UEFA-ya şikayət ediblər. Klub rəhbərliyinin fikrincə, transferlərlə bağlı müxtəlif ofşor şirkətlərə ödənişlər olub və rəqəmlər illik maliyyə hesabatlarına daxil edilməyib. Bu isə liqanın qaydalarına ziddir.

Artıq məsələ ilə bağlı araşdırmalara başlanılıb. İttihamlar təsdiqini tapsa, "zadəganlar" həm yüksək məbləğdə cərimələnəcək, həm də mövsümə mənfi xallarla başlayacaq.

Qeyd edək ki, daha əvvəl UEFA "Çelsi"ni lisenziyalaşdırma və maliyyə feyr-pley qaydalarını pozduğuna görə 10 milyon avro məbləğində cərimələyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru