Çempionlar Liqası: "Qalatasaray" Sloveniya klubunu darmadağın edib

9-08-2023, 07:59           
Çempionlar Liqası:
UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib.

İlk oyun günündə 6 qarşılaşma baş tutub.

II raundda "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Rakuv" Polşada Kiprin "Aris" klubunu məğlub edib.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" Sloveniyada "Olimpiya"nın qapısından 3 cavabsız top keçirib. Bu cütün məğlubu Avropa Liqasının pley-off mərhələsində "Qarabağ" - HİK (Finlandiya) duelinin güclüsünə rəqib olacaq.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası isə Yunanıstanda AEK-lə qarşılaşmalı olsa da, azarkeşlər arasında baş vermiş insident nəticəsində yerli fanatın öldürülməsi səbəbindən qarşılaşma təxirə salınıb.

UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
8 avqust

22:00. "Rakuv" (Polşa) - "Aris" (Kipr) - 2:1
Qollar: Vladislav Koçergin, 7. Fabian Pyasetski, 63 - Mixlali Mayambela, 89

22:00. "Kopenhagen" (Danimarka) - "Sparta" (Çexiya) - 0:0

22:30. PSV (Niderland) - "Şturm" (Avstriya) - 4:1
Qollar: İsaak Babadi, 4. Luk de Yonq, 22; 32. İbrahim Sanqare, 73 - Con Qorents-Stankoviç, 40

22:45. "Klaksvik" (Farer adaları) - "Molde" (Norveç) - 2:1
Qollar: Arni Frederiksberq, 64; 86 - Maqnus Eykrem, 49

23:00. "Olimpiya" (Sloveniya) - "Qalatasaray" (Türkiyə) - 0:3
Qollar: Kerem Aktürkoğlu, 9. Dris Mertens, 48. Halil Dervişoğlu, 90+1

23:00. "Braqa" (Portuqaliya) - "Baçka Topola" (Serbiya) - 3:0
Qollar: Bruma, 17. Pitsi, 19. Tiaqu Calo, 87

Qeyd edək ki, III təsnifat mərhələsinin digər 3 oyunu bu gün keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru