Azərbaycan komandası beynəlxalq voleybol turnirində 1/8 finala yüksəldi

9-08-2023, 08:11           
Azərbaycan komandası beynəlxalq voleybol turnirində 1/8 finala yüksəldi
Çimərlik voleybolu üzrə Azərbaycan komandası Latviyanın paytaxtı Riqada keçirilən Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA ) U-18 çempionatında 1/8 finala yüksəlib.

Oxu.Az xəbər verir ki, Muhamməd Aslanlı-Nəriman Bayramlıdan ibarət cütlük qrup mərhələsində iki oyun keçirib. Bir qarşılaşmada qələbə qazanan, digərində isə məğlub olan komanda 1/16 finala adlayıb.

Onlar bu raundda Polşanı təmsil edən Yakub Zdroyevski - Miçal Kuçarski duetinə 2:0 (21:15, 22:20) qalib gələrək 1/8 finala vəsiqə qazanıblar. Növbəti rəqib Litva olacaq.
Qeyd edək ki, Oqtay Qasımov və Camal Cəlilov ibarət komanda isə mübarizəni qrup mərhələsində dayandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru