"Barselona"nın Neymar planı: Xavi qarşı çıxsa da...
9-08-2023, 19:14

PSJ-nin futbolçusu Neymarın "Barselona"ya qayıtma ehtimalı Kataloniya təmsilçisinin düşərgəsində vəziyyəti gərginləşdirib.
Publika.az xəbər verir ki, bu məsələ ilə bağlı klubda fikirlər bölünüb. Baş məşqçi Xavi Neymarın qayıtmasına qarşıdır. O, köməkçiləriylə birlikdə futbolçunun potensialına şübhə etməsə də, komandadakı ailə ab-havasının pozulacağından qorxur.
Klub prezidenti Xuan Laporta isə Neymarın "Barsa"ya qayıtmasının tərəfdarıdır.
Bu səbəbdənXavi və Laporta yaxın günlərdə PSJ-nin ulduzunun transferini müzakirə etmək üçün görüşəcəklər. Prezident məşqçini futbolçunun transferinin məqsədəuyğunluğuna inandırsa belə, Neymarın maaşı və transfer haqqı ciddi maneə ola bilər.
Parislilər braziliyalı üçün 50-80 milyon funt-sterlinq istəyir. “Barselona”nın maliyyə çətinlikləri hər kəsə məlumdur. Ancaq klub rəhbərliyi buna həll yolu tapıb.
"Diario Sport"un iddiasına görə, Neymar Asiya klublarının sayəsində La Liqay keçə bilər. Plan isə sadədir: Səudiyyə Ərəbistanı klubu hücumçunu PSJ-dən alır və onu bir mövsümlük "Barsa"ya icarəyə verir.
Bunun üçün əvvəlcə Laporta və Xavi razılaşmalıdır. Çətin ki, prezident baş məşqçinin razılığını almadan transferi reallaşdırsın.