İlham Zəkiyev Avropa ikincisi oldu

10-08-2023, 00:12           
İlham Zəkiyev Avropa ikincisi oldu
Azərbaycan paracüdoçusu İlham Zəkiyev Niderlandın Rotterdam şəhərində keçirilən Avropa paralimpiya çempionatında gümüş medal qazanıb.

Axar.az xəbər verir ki, 90 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən 2 qat paralimpiya çempionu fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Qeyd edək ki, daha əvvəl Şəhanə Hacıyeva (48 kq) və Xanım Hüseynova (70 kq) Avropa çempionu olublar, Dürsədəf Kərimova (+70 kq) ilə Namiq Abaslı (73 kq) gümüş, Xatirə İsmiyeva (+70 kq) ilə İsmayıl Muradov (60 kq) isə bürünc medal qazanıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru