Çempionlar Liqası: "Makkabi" və "Reyncers"dən qələbə, "Marsel" uduzub

10-08-2023, 08:48           
Çempionlar Liqası: "Makkabi" və "Reyncers"dən qələbə, "Marsel" uduzub
UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin növbəti matçları keçirilib.

"Report"un məlumatına görə, ikinci oyun günündə 3 qarşılaşma baş tutub.

Fransa "Marsel"i Yunanıstanda "Panatinaikos"a bir cavabsız qolla uduzub. İsrailin "Makkabi" (Hayfa) komandası Slovakiyada "Slovan"a 2:1 hesabı ilə qalib gəlib. Şotlandiyada "Reyncers"i isə evdə İsveçrənin "Servett" klubunu məğlub edib - 2:1.

UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
9 avqust
Ətraflı
Ad - 00:10

22:00. "Panatinaikos" (Yunanıstan) - "Marsel" (Fransa) - 1:0
Qol: Bernard, 83
Qırmızı vərəqə: Joffre Kondoqbia, 63 ("Marsel")

22:30. "Slovan" (Slovakiya) - "Makkabi" (Hayfa, İsrail) - 1:2
Qollar: Yuray Kuçka, 12 - Fratsdi Pyero, 5. Dia Saba, 15

22:45. "Reyncers" (Şotlandiya) - "Servett" (İsveçrə) - 2:1
Qollar: Ceyms Tavernye, 6. Siril Dessers, 15 - Kris Bedia, 44
Qırmızı vərəqə: David Dulin, 60 ("Servett")

Qeyd edək ki, bu raundaun əvvəlki görüşləri avqustun 8-də oynanılıb. Yunanıstanda AEK və Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası arasında keçirilməli olan oyun isə yerli azarkeşin öldürülməsinə görə avqustun 19-na təxirə salınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru