Messi hiylə işlədərək cərimə zərbəsindən qol vurdu - VİDEO

10-08-2023, 13:04           
Messi hiylə işlədərək cərimə zərbəsindən qol vurdu - VİDEO
Amerikanın “İnter Mayami” klubunun argentinalı futbolçusu Lionel Messi Liqa Kubokunun 1/8 final mərhələsində “Dallas”la oyunda cərimə zərbəsindən əvvəl futbol hiyləsinə əl atıb.

O, cərimə zərbəsindən topu tora göndərək hesabı bərabərləşdirib - 4:4.

Hadisənin tribunadakı azarkeşlərdən biri tərəfindən çəkilən və sosial şəbəkələrdə yayılan görüntüləri isə müzakirələrə səbəb olub. Belə ki, kadrlarda Messinin topun mövqeyini bir neçə dəfə dəyişməsi, onu sola keçirməklə qol şansını artırması əks olunub.
Qeyd edək ki, “İnter Mayami” məhz bu qol sayəsində mübarizəni davam etdirmək şansı qazanıb və sonda penaltilərlə qalib gələrək 1/4 finala yüksəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru