“Barselona” La Liqanın startı ərəfəsində böyük problemlə üzləşib

11-08-2023, 13:13           
“Barselona” La Liqanın startı ərəfəsində böyük problemlə üzləşib
“Barselona” La Liqada yeni mövsümün başlaması ərəfəsində böyük problemlə üzləşib.

İspaniya çempionatının başlamasına bir gün qalıb, lakin klub 23 futbolçudan 10-nu qeydiyyatdan keçirməyib.

Məlumata görə, Alonso, Penya, Arauxo, Roberto, Lenqle, Dest, Ezzalzuli, Romeu, Martinez və Gündoğan kimi futbolçular hələ də qeydiyyata düşə bilməyiblər.

Hətta İlkay Gündoğan avqustun 12-nə kimi qeydiyyatdan keçməsə “Barsa”dan ayrıla bilər - onun müqaviləsində belə bir bənd var.
Bildirilir ki, komandanın prezidenti Joan Laporta hazırda vəziyyəti tez bir zamanda düzəltməyə çalışır.

Mənbə: sport-express.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru