Arda Güler əməliyyat olunacaq

11-08-2023, 14:54           
Arda Güler əməliyyat olunacaq
“Real Madrid”in yeni futbolçusu Arda Güler ​​əməliyyat olunacaq.

Bir müddət öncə türkiyəli yarımmüdafiəçi məşqlərdən birində sağ dizindən zədələnib. O, “Real Madrid”in heyətində heç bir yoldaşlıq görüşündə oynamayıb.

Məlumatına görə, 18 yaşlı gəncin əməliyyata ehtiyacı olacaq. Qərar son bir neçə saat ərzində, bütün məlumatların təhlil edildiyi bir neçə görüşdən sonra qəbul edilib.

Gülerin meydana qayıtma vaxtı onun sağalma tempindən asılı olacaq. İlkin məlumata görə, futbolçu təxminən ayyarımı buraxacaq.
Xatırladaq ki, Güler ​​“Real Madrid”ə iyulun əvvəlində “Fənərbağça”dan keçib.

Mənbə: sports.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru