Rəqibinin ayağını sındıran Marselonun cəzası açıqlandı

11-08-2023, 16:54           
Rəqibinin ayağını sındıran Marselonun cəzası açıqlandı
"Fluminense"nin müdafiəçisi, məşhur futbolçu Marselo 3 oyunluq cəzalanıb.

Publika.az xəbər verir ki, buna səbəb onun keçən həftə Buenos-Ayresdə keçirilən Libertadores Kubokunun 1/16 final mərhələsinin ilk matçında "Argentinos Xuniors"un müdafiəçisi Lusiano Sançesi zədələməsi olub. Cənubi Amerika Futbol Konfederasiyasının qərarına əsasən, Braziliya millisinin sabiq futbolçusu 6 min dollar cərimə də ödəməli olacaq.

Marselonun müdaxiləsi nəticəsində Sançesin ayağı sınıb və o, meydandan xərəkdə çıxarılıb. Marselo isə hərəkətinə görə qırmızı vərəqə ilə cəzalandırılıb. O, meydanı göz yaşları içində tərk edib.

Qeyd edək ki, sözügedən oyunda 1:1 hesablı heç-heçə edən "Fluminense" cavab matçında 2:0 hesabı ilə qalib gələrək mərhələ adlayıb. Marselo bu görüşü buraxıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.