İngiltərə Premyer Liqasında yeni mövsüm start götürdü: “Mançester Siti” rəqibini darmadağın etdi - VİDEO

12-08-2023, 10:19           
İngiltərə Premyer Liqasında yeni mövsüm start götürdü: “Mançester Siti” rəqibini darmadağın etdi - VİDEO
İngiltərə Premyer Liqasında 2023/24 mövsümünə start verilib.

Oxu.Az xəbər verir ki, açılış oyununda son çempion “Mançester Siti” və elitaya yeni yüksəlmiş “Bernli” ikincilərin meydanında münasibətlərinə aydınlıq gətiriblər.

Matç “şəhərlilər”in böyük hesablı qələbəsi ilə başa çatıb - 3:0.
Hesabı dördüncü dəqiqədə Erlinq Holand açıb. 36-cı dəqiqədə norveçli forvard özünün və komandasının ikinci qolunu vurub. 76-cı dəqiqədə isə Rodri matçda son nöqtəni qoyub.

Qeyd edək ki, turun qalan oyunları avqustun 12-si,13-ü və 14-də keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru