“Fənərbağça” “Qalatasaray”a söz atdı – FOTO

14-08-2023, 09:04           
“Fənərbağça” “Qalatasaray”a söz atdı – FOTO
“Fənərbağça” “Mançester Yunayted”dən transfer etdiyi braziliyalı Fredin təqdimat mərasimini keçirib.

Bununla bağlı klubun sosial şəbəkə səhifəsində əzəli rəqibi “Qalatasaray”ı hədəf alan paylaşım edilib.

İstanbul klubu “İstəyənlər üçün daha bir Fred var”, - yazaraq eyniadlı məşhur cizgi filmi qəhrəmanının fotosunu dərc edib.

Xatırladaq ki, braziliyalı yarımmüdafiəçiyə “Aslanlar” da iddia edirdi. Lakin İngiltərə komandası “Qalatasaray”ın təklifini məbləğin azlığı səbəbindən qəbul etməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru