İngiltərə Premyer Liqası: London derbisində qalib müəyyənləşməyib

14-08-2023, 10:14           
İngiltərə Premyer Liqası: London derbisində qalib müəyyənləşməyib
İngiltərə Premyer Liqasının birinci turunda Londonun iki komandası – “Brentford” və “Tottenhem” arasında keçirilən matç heç-heçə başa çatıb.
Qarşılaşma Brentford Kommüniti stadionunda baş tutub.

Gərgin keçən oyunda hesabı qonaqlar açıb. 11-ci dəqiqədə Kristian Romero Ceyms Meddisonun ötürməsindən sonra topu qapıya göndərib. Bununla belə, “mahmızlar”ın üstünlüyü çox çəkməyib. 26-cı dəqiqədə “Brentford”un hücumçusu Brian Mbömo penalti zərbəsini dəqiq yerinə yetirərək "status-kvo"nu bərpa edib. 10 dəqiqə sonra fransalı Yoan Vissa ev sahibi komandanı hesabda irəli çıxarıb. Oyunda yekun hesab elə birinci hissədə müəyyənləşib: əlavə edilmiş dəqiqələrdə Emerson Royal fərqlənib – 2:2.

Xatırladaq ki, ötən mövsüm “Brentford” Premyer Liqanı 9-cu, “Tottenhem” isə 8-ci pillədə bitirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru