“Neftçi” “Beşiktaş”la keçiriləcək oyunla bağlı azarkeşlərə müraciət edib

16-08-2023, 07:34           
“Neftçi” “Beşiktaş”la keçiriləcək oyunla bağlı azarkeşlərə müraciət edib
Azarkeşlər Bakı vaxtı ilə saat 21:00-da start götürəcək qarşılaşmanı qonaq komanda fanatları üçün nəzərdə tutulan tribunadan izləyə biləcəklər.
"Neftçi" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Beşiktaş"la Türkiyədə keçiriləcək oyunla bağlı azarkeşlərə müraciət edib.
"Neftçi"nin mətbuat xidmətinin məlumatına görə, avqustun 17-də "Beşiktaş" stadionunda təşkil olunacaq görüşdə iştirak etmək istəyən şəxslər klubla əlaqə saxlamalıdırlar.
Onlar Bakı vaxtı ilə saat 21:00-da start götürəcək qarşılaşmanı qonaq komanda fanatları üçün nəzərdə tutulan tribunadan izləyə biləcəklər. Həmin sektora bilet almaq istəyənlər "Neftçi" klubuna müraciət etməlidirlər.
Qeyd edək ki, Bakıda keçirilən ilk matçda İstanbul nəhəngi 3:1 hesablı qələbə qazanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru