Qolsuz idmançıya qol saatı hədiyyə edildi - Video

16-08-2023, 13:24           
Qolsuz idmançıya qol saatı hədiyyə edildi - Video
Şotlandiyada keçirilən dünya velosiped çempionatının mükafatlandırma mərasimində maraqlı anlar baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, çempionatda 3 dəfə müxtəlif kateqoriyalarda qızıl medal qazanan qolsuz ispaniyalı para velosipedçi Rikardo Ten Argilesə qol saatı hədiyyə edilib.

Hədiyyə edilən qol saatı markasının təşkilatın sponsoru olduğu öyrənilib.

Baş verən hadisə sosial media izləyicilərinin də hiddətinə səbəb olub. Onlar bunu hörmətsizlik kimi qiymətləndiriblər.

Həmin görüntüləri təqdim edirik:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru