“Qarabağ”-dan qələbə - Avrokubokların qrup mərhələsinə vəsiqə qazandı VİDEO

17-08-2023, 22:22           
“Qarabağ”-dan qələbə -
“Qarabağ” tarixində ardıcıl olmaqla 10-cu dəfə avrokubokların qrupunda oynamaq hüququ qazanıb.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Avropa Liqasının 3-cü təsnifat mərhələsində HİK-ə qalib gələrək (2:1, 2:1) buna nail olub.

Beləliklə, Avropa Liqasında pley-offa yüksələn Ağdam təmsilçisi ən azı Konfrans Liqasının qrupuna vəsiqəni təmin edib.
Bununla da, “Qarabağ” avrokubokların qrupunda ən çox oynayan Azərbaycan klub kimi özünəməxsus rekordu yeniləyib.

Qeyd edək ki, “Qarabağ” bir dəfə (2017/18) Çempionlar Liqasının, 7 dəfə (2014/15, 2015/16, 2016/17, 2018/19, 2019/20, 2020/21, 2022/2023) Avropa Liqasının, bir dəfə Konfrans Liqasının (2021/22) qrupunda oynayıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru